Qəzzaya dəyən ziyanın həcmi açıqlanıb

Qəzzaya dəyən ziyanın həcmi açıqlanıb

Dünya Bankı və Birləşmiş Millətlər Təşkilatı (BMT) 2023-cü ilin oktyabrından bu ilin yanvarına kimi Qəzza zolağının infrastrukturuna qaniçən İsrail rejiminin hücumları nəticəsində dəyən ziyanı 18,5 milyard dollar olaraq qiymətləndirib.

Az.rasthaber.com APA-ya istinadən xəbər verir ki, bu barədə iki qurumun birgə hazırladığı hesabatda məlumat yer alıb.

Sənəddə qeyd olunub ki, dörd ay ərzində dəymiş ziyan Fələstinin 2022-ci il üçün ÜDM-nin 97%-nə bərabərdir.

Ziyanın beşdə dörddən çoxu yaşayış binalarında (ümumi məbləğin 72%-i) və ticarət, sənaye və xidmət sahələrində (ümumi məbləğin 9%-i), qalan 19%-i isə təhsil, su təchizatı və kanalizasiya, səhiyyə, enerji, informasiya və kommunikasiya texnologiyaları, kommunal xidmətlər və nəqliyyat sahələrinə dəyib. Ümumi zərərin demək olar ki, 80%-i Qəzza, Şimali Qəzza və Xan Yunis əyalətlərinə dəyib.

Xəbəri paylaş

VİDEOLAR