Qəzzada 326 fələstinli aclıqdan ölüb

Qəzzada 326 fələstinli aclıqdan ölüb

Qəzza hökuməti soyqırımçı İsrailin sistematik blokada və aclıq siyasəti nəticəsində son 80 gündə 326 fələstinlinin şəhid olduğunu açıqlayıb. "Yüz minlərlə insan aclıqla mübarizə aparır və hətta yardım qrupları da hədəfə alınır", - bəyanatda deyilir.

Az.rasthaber.com xəbər verir ki, Qəzzada Fələstin Hökuməti qatil İsrailin həyata keçirdiyi sistematik blokada və aclıq siyasəti nəticəsində son 80 gündə ən az 326 nəfərin şəhid olduğunu açıqlayıb.

Hökumətin Media İdarəsi tərəfindən verilən açıqlamada sionist İsrailin qəsdən humanitar yardımların ölkəyə girişinə icazə vermədiyi vurğulanıb.

Açıqlamada bu vəziyyətin əsas həyat infrastrukturunu, xüsusən də xəstəxana və çörək zavodlarını iflic etdiyi bildirilib.

Qeyd edilib ki, Qəzzada çörək bişirənlərin 90 faizindən çoxu bağlanmalı olub, sərhəd qapılarında saxlanılan yüz minlərlə ton ərzaq xarab olub.

Səlahiyyətlilərə görə, 58 nəfər birbaşa aclıqdan, 242 nəfər dərman və qida çatışmazlığından, 26 nəfər böyrək xəstəsi İsrailin soyqırımlı blokada siyasəti nəticəsində səhiyyə xidmətinin olmamasından ölüb.

Bundan əlavə, 300-dən çox doğuş faktı qeydə alınıb.

Media İdarəsi 84 günlük mühasirə zamanı bölgəyə 46 min yardım maşınının girməli olduğunu, lakin bunun yalnız 1 faizinin reallaşdığını bildirib.

Xəbəri paylaş

VİDEOLAR