"Qüds məsələsi danışıqlar masasında həll edilə bilməz!"

"Yeni müqavimət dalğası, Qüds, Məscidül-Əqsa, Fələstinə geri qayıtma hüququ və məhbusların azad edilməsi danışıqlar masasında həll edilə bilməz"

Az.rasthaber.com xəbər verir ki, bunu Fələstin İslami Müqavimət Hərəkatının (HƏMAS) siyasi bürosunun rəhbəri İsmayıl Haniyə deyib.
Haniyə, çərşənbə axşamı etdiyi çıxışda, Fələstinlilərin İordan çayının qərb sahilində və işğal olunmuş ərazilərdə vəfa əməliyyatlarına toxunaraq bildirib:
"Bu əməliyyatların mühüm məqamları var və onlardan birincisi müqavimətin xalqımızın seçimi, azadlıq və qayıdış üçün strateji variant olmasıdır".
HƏMAS-ın siyasi bürosunun rəhbəri daha sonra əlavə edib:
"Qəhrəmanlıq əməliyyatı İordan çayının qərb sahili və onun qeyrətli insanlarının sionist düşmənlə qarşıdurmada tarazlığın əldə edilməsində əhəmiyyətini nümayiş etdirdi".
Haniyə həmçinin qeyd edib ki, işğalçı rejim normallaşma razılaşmaları və Fələstin davasını məhv etmək planları ilə varlığını qanuniləşdirib.
Son bir neçə gündə fələstinlilər sionist İsrailin Məscidül-Əqsa ilə bağlı planlarının qarşısını hər yerdə aldılar” deyən Haniyə, Məscidül-Əqsada baş verən qarşıdurmaların Fələstin xalqına nəzarət cəhdlərinin uğursuzluğa düçar olduğunu qeyd edərək bildirib:
"Baş verən hadisələr sionist rejimin İordan çayının qərb sahilində fələstinliləri özünə tabe etməkdə uğursuzluğunu bir daha sübut etdi".

Xəbəri paylaş

VİDEOLAR