Bu sözləri İran İslam Respublikasının prezidenti Ümumdünya Qüds günü ilə bağlı çıxışında deyib
Rasthaber Azərbaycan İran mediasına istinadən xəbər verir ki, İran İslam Respublikasının prezidenti Həsən Ruhani bu gün nazirlər kabinetinin iclasında bildirib ki, bu il də Ümumdünya Qüds günündə Fələstin xalqının məzlumluq nidası hər bir yolla dünya xalqlarının qulağına çatdırılacaq.
"İslami İran xalqı heç bir vəchlə fələstinlilərə qarşı zülm və təcavüzü qəbul etməyəcək və dözməyəcək. Fələstin xalqının yekun qələbəsi fələstinlilərin müqaviməti və polad iradəsi ilə gec-tez nəticə verəcək.", -deyə Ruhani qeyd edib.
İran prezidenti bildirib ki, zalımlar qarşısında müqavimət və məzlumları himayə, İran İslam Respublikasının əsas sütunlarından biridir.
Həsən Ruhani sonra "Başda Amerika olmaqla dünyanın zalım gücləri həmişə zalımların, sionistlərin, rasizmin və aparteidin himayədarı olub və məzlumlara qarşı səy göstəriblər, amma sonda haqq nahaqqa qalib gələcəkdir.", -deyə əlavə edib.
Ruhani həmçinin bildirib ki, Ağ Ev-dəki saray sakinləri ən pis iqtisadi şəraitlə üzləşirlər: "Son illər İrana qarşı fitnə törədən kəslər bu gün dünyada ən çətin şəraitə düşmüş bir hökumətdir. Onlar koronavirusla mübarizə rəqabətində göstərdilər ki, nə qədər acizdirlər."