Şeyx Səbahətdin Türkyılmazdan Hasan Kanaatlinin iddialarına cavab

Şeyx Səbahətdin Türkyılmazdan Hasan Kanaatlinin iddialarına cavab

Şeyx Səbahətdin Türkyılmaz Hasan Kanaatlinin iddialarına cavab verib.

Hasan Kanaatlı hoca son dövrlərdə dərc olunan yazılarında, guya islahatçı bir düşüncəyə sahib olduğunu irəli sürür. Görüşlərinin mənbəyi və dayağı bilinmədən, hansı fikir axınlarından bəhrələndiyi aydın olmadan yazdıqları oxunduqda dini mövzularda səthi biliklərə sahib olanlar üçün maraqlı, cəlbedici görünə bilər, bəzilərinin zehnini çaşdıra, azğınlığa yönəldə bilər.

Hasan Kanaatlı Hoca ilk məqaləsində nə deməkdirsə, özünü “Neytral” adlandıraraq şiəlik inancının əsaslarına hücum edir, ikinci yazısında isə özünü “Yenilikçi” kimi təqdim edərək İslamın əsaslarını sorğulayır və Quranda guya xurafatların olduğunu iddia edərək onu etibarsızlaşdırmağa çalışır.

Yazısının məzmunu modernizmə və Qərb sivilizasiyasını formalaşdıran dərin tarixi düşüncələrə əsaslanır. Qərb düşüncə tarixindən xəbərsiz olan oxucu, bu yeni qarşılaşdığı nəzəriyyələri maraqlı hesab edə bilər və bu gözəl görünən cümlələrlə nə nəzərdə tutulduğunu, hansı məqsədlə deyildiyini anlamaqda çətinlik çəkə bilər.

Qərb fəlsəfəsi və ideyaları ilə müəyyən qədər tanış olan təhsilli kəsim, Qərb sivilizasiyasının təsiri altında qalan ziyalılar tərəddüd etsələr də, bu iddialara müəyyən həqiqət payı verə bilərlər.

Din sahəsində mədrəsələrdə təhsil almış, İslami elmlərdə irəliləmiş və ya ənənəvi din anlayışına sadiq qalan kəslər üçün isə bu fikirlər azğınlıq, batil və təhrif kimi qəbul olunacaqdır.

H. Kanaatlı’nın fikir və iddialarının tarixi prosesi nə qədər qədimlərə getsə də, din sosiologiyasını araşdıran və dini elmlərdə ixtisaslaşmış şəxslər üçün bu düşüncələrin nə qədər səthi olduğu asanlıqla sezilə bilər.

 

Davamını oxumaq üçün klikləyin!

 

Xəbəri paylaş

VİDEOLAR