Qətər əmiri Səudiyyəyə səfərə gedib

Qətər əmiri Səudiyyəyə səfərə gedib

Qәtәr Әmiri Şeyx Tәmim bin Hamed Әl Sani Sәudiyyә Әrәbistanına sәfәr edib.

Bu barәdә Sәudiyyә Әrәbistanının SPA xәbәr agentliyi mәlumat yayıb. Mәlumata görә, Qәtәr Әmiri  Ciddәdәki Kral Abdülәziz Beynәlxalq Hava Limanında vәliәhd şahzadә Mәhәmmәd bin Salman tәrәfindәn qarşılanıb.

Qәtәr Әmirinin Selam Sarayında vәliәhd şahzadә Mәhәmmәd bin Salmanla keçirdiyi görüşdә iki ölkә arasındakı әlaqәlәrin müxtәlif sahәlәrdә inkişaf etdirilmәsinin imkanları müzakirә olunub. Görüşdә hәmçinin regional vә beynәlxalq proseslәr vә bu istiqamәtdә göstәrilәn sәylәr müzakirә olunub.

Xəbəri paylaş

VİDEOLAR