HƏMAS-ın hərbi qanadı İzzəddin əl-Qəssam Briqadaları Qəzza zolağının cənubundakı Rəfah şəhərində yardım maşınında gizlənən sionist İsrail əsgərləri ilə sıfır mənzilli toqquşmada olduqlarını və əsgərlərin zərərsizləşdirildiyini bildirib.
Az.rasthaber.com xəbər verir ki, Qəssam Briqadalarından verilən yazılı açıqlamada bildirilib:
"Döyüşçülərimiz xüsusi sionist (İsrail) qüvvələrinin maskalanmış yardım maşınına sızdığını aşkar ediblər".
Açıqlamada, yardım maşınında gizlədilən İsrail xüsusi təyinatlı qüvvələrinin Rəfah şəhərinin şərqində yol ayrıcına çatdıqda Qəssam döyüşçüləri tərəfindən hücuma məruz qaldığı və sıfır məsafədən daxil olan qarşıdurmada qrupdakı bütün əsgərlərin zərərsizləşdirildiyi qeyd edilib.
İsrail xüsusi təyinatlılarının iyun ayında Qəzza zolağında 4 israilli məhbusu xilas etmək üçün humanitar yardım daşıyan yük maşını və mülki avtomobillə Nusayrat Qaçqınlar Düşərgəsinə sızdığı bildirilib.