Qərb sahilinin yəhudiləşdirilməsi ilə bağlı yeni qərar qəbul edildi

Qərb sahilinin yəhudiləşdirilməsi ilə bağlı yeni qərar qəbul edildi

İsrail rejimi qeyri-qanuni yəhudi qəsəbələrini genişləndirmək üçün fələstinlilərin Nablusun cənubunda yerləşən Qəryut və Əssaviyə kəndlərindəki əkin sahələrinin işğal edilməsi planını qəbul edib.

Az.rasthaber.com İran mediasına istinadən xəbər verir ki, Qəryut və Əssaviyə kəndlərindəki əkin sahələrində ictimai məkanlar, Əyliyə qəsəbəsi üçün şose yolu və yaşayış mənzilləri inşa olunmalıdır.

Bundan öncə də İsrail mənbələri bildirmişdi ki, rejim qəsb edilmiş Qüdsdə on min yaşayış obyekti tikmək niyyətindədir.

Bunun fonunda Qüdsdə yaşayan fələstinlilərin mənzillərinin geniş surətdə dağılması göstərişi verilib.

Xəbəri paylaş

VİDEOLAR