Qazaxıstanda etirazlar, hökümət istefaya getdi - VİDEO

Qazaxıstanda etirazlar, hökümət istefaya getdi - VİDEO

Qazaxıstan Prezidenti Qasım-Jomart Tokayev ölkənin ən böyük şəhəri Almatıda və yanacağın qiymətinin artırılmasına etirazların davam etdiyi Manqıstau vilayətində fövqəladə vəziyyət elan edib.

Rasthaber xəbər verir ki, BBC Ruscanın məlumatına görə, ölkə hökuməti çərşənbə günü səhər istefa verib. Prezident hökümətin istefasını qəbul edib və onu “etiraz vəziyyətinə yol verməkdə” günahlandırıb.

Çərşənbə axşamı günü müşavirədən sonra Prezident Tokayev sosial əhəmiyyətli malların, o cümlədən benzin və dizel yanacağının qiymətlərinin dövlət tənzimlənməsinin tətbiqi ilə bağlı tapşırıqlar verib.

Bazar günü Qazaxıstanın Manqistau vilayətində maye qazın bahalaşması ilə əlaqədar başlayan etirazlar çərşənbə axşamı günü ölkənin demək olar ki, bütün iri şəhərlərini əhatə edib. Bir çox etirazçılarla polis arasında toqquşma olub.

Almatıda polis meriya binasına girməyə cəhd edən yüzlərlə etirazçını dağıtmaq üçün gözyaşardıcı qaz və səs qumbaralarından istifadə edib.

Almatıda yenidən iğtişaşlar başlayıb, Respublika meydanı polis tərəfindən zirehli nəqliyyat vasitələri ilə əhatəyə alınıb, şəhərin müxtəlif yerlərində səs qumbaraatanlarının partlayışları eşidilib.

Qazaxıstan Daxili İşlər Nazirliyinin məlumatına görə, etirazlar zamanı 200-dən çox adam saxlanıb.

Xəbəri paylaş

VİDEOLAR