Cümə günü axşam saatlarına olan məlumata görə, Qazaxıstana iğtişaşlar nəticəsində dəymiş ziyanın məbləği təxminən 200 milyon dollar təşkil edir.
Az.rasthaber.com "Sputnik Azərbaycan"-a istinadən xəbər verir ki, bu barədə Qazaxıstan mediası "Atameken" Milli Sahibkarlar Palatasına istinadla xəbər yayıb.
"Yanvarın 7-də saat 21.00-a (Bakıvaxtı ilə 19.00) Qazaxıstan Respublikasının on rayonunda 848 sahibkarlıq subyekti və 1021 obyekt, o cümlədən Almatıda 789 subyekt və 950 obyekt zərər görüb", - deyə məlumatda bildirilir.
"Atameken"in məlumatına görə, dəymiş ziyanın ümumi məbləği təxminən 87,2 milyard tenge (təxminən 200 milyon dollar) təşkil edir ki, bunun da 85,8 milyardı Almatıya aiddiir.