Sionist İsrail 10 gün ərzində Qəzzada BMT-nin 6-cı məktəbini bombalayıb. İşğalçı qüvvələr Nuseyratdakı əl-Razi məktəbinə və əl-Məvasidəki “təhlükəsiz zona”ya hücum edərək ən azı 42 fələstinlini öldürüb.
Az.rasthaber.com xəbər verir ki, Fələstin rəsmiləri işğalçı İsrail ordusunun Qəzza zolağında Birləşmiş Millətlər Təşkilatına məxsus məktəbi bombaladığını bildirib. İsrailin "təhlükəsiz zona" adlanan ərazini bombalaması onlarla insanın həyatını itirməsinə səbəb olub.
Sionist İsrail çərşənbə axşamı günü hücumlarında Nuseyrat qaçqın düşərgəsinin mərkəzindəki BMT-yə məxsus əl-Razi məktəbini hədəfə alıb. O, minlərlə məcburi köçkün fələstinlinin sığındığı cənub əl-Məvasi rayonunda bazar dükanlarının düzüldüyü əsas küçəyə dəyib.
Qəzza Hökumətinin Media İdarəsi əl-Razidə ən azı 25, Əl-Məvasidə isə 17 nəfərin şəhid olduğunu açıqlayıb. Hücumlarda 70-dən çox adam yaralanıb.
Rəsmilər, İsrailin Qəzzanın şimalında Beyt Lahiyaya üçüncü hücumunda daha 5 fələstinlinin şəhid olduğunu bildirib.
Əl Razinin bombalanması sionist İsrailin son 10 gündə BMT və onun təşkilatlarına bağlı məktəblərə altıncı hücumu olub.