İsrail ordusunun bu gün səhər saatlarından Qəzza zolağının müxtəlif bölgələrinə təşkil etdiyi hücumlarda aralarında uşaq və qadınların da olduğu 90 fələstinli şəhid olub.
Az.rasthaber.com xəbər verir ki, xəstəxana mənbələri və şahidlərin bildirdiyinə görə, sionist İsrail əsgərləri Qəzzanın müxtəlif bölgələrində fələstinlilərin evlərini, çadırlarını və mülki məclisləri hədəfə alıblar.
İsrail döyüş təyyarələrinin Qəzza şəhərində Qəzza İslam Universiteti yaxınlığında köçkünlərə sığınan binanı hədəf alması nəticəsində 4 fələstinli şəhid olub.
İsrailin Qəzzanın şərqindəki Tuffah məhəlləsində bir evə hücumu nəticəsində 4 fələstinli şəhid olub, 10 nəfər yaralanıb.
İsrail ordusunun Qəzza şəhərinin Şeyx Rıdvan məhəlləsində bir mənzili hədəf alması nəticəsində eyni ailədən 3 nəfər şəhid olub, çoxlu sayda insan yaralanıb. İsrail qüvvələrinin Rimal məhəlləsində bir evi hədəf alması nəticəsində iki fələstinli də şəhid olub.
Sionist İsrail döyüş təyyarələrinin Deyr əl-Bələh şəhərinə endirdiyi iki hava hücumunda 7 fələstinli şəhid olub. Şəhərin şərqində bir mənzili hədəf alan hücumda iki fələstinli qadın da şəhid olub.
İsrailin Deyr əl-Bələhdə Əl-Əqsa Şəhidləri Xəstəxanası yaxınlığında didərgin düşmüş mülki vətəndaşların yaşadığı çadırı vurması nəticəsində 3 fələstinli şəhid olub.
İsrailin Nusayrat Qaçqınlar Düşərgəsinin Hüseyniyyə bölgəsindəki bir evə hücumu nəticəsində bir qız şəhid olub, çoxlu sayda uşaq isə yaralanıb.
Sionist İsrailin döyüş təyyarəsinin Qəzza zolağının cənubundakı Xan Yunis Məvassi bölgəsində didərgin düşmüş mülki əhalinin məskunlaşdığı çadırlara hücumu nəticəsində biri qadın və uşaq olmaqla 11 fələstinli şəhid olub.
Qəzza şəhərinin qərbindəki Əl-Şati Qaçqınlar Düşərgəsində mülki əhalinin toplandığı bölgəyə iki pilotsuz hava vasitəsinin (PUA) hücumu nəticəsində aralarında uşaqların da olduğu 8 fələstinli şəhid olub.
Qəzza zolağının şimalındakı Cibəliyyə ən-Nazla qəsəbəsində Əbu Varda və Sadallah ailələrinə məxsus evlərə edilən hava hücumu nəticəsində 15 fələstinli ölüb, onlarla fələstinli yaralanıb.
Qəzza şəhərinin cənub-şərqindəki Əz-Zeytun məhəlləsində Yasin ailəsinin evinə edilən hava hücumunda 7 fələstinli də həlak olub.
İkisi Sudaniya bölgəsində və 21-i Rəfahın qərbində olmaqla humanitar yardım istəyənləri hədəf alan hücumlarda ümumilikdə 23 nəfər ölüb, 50-dən çox fələstinli yaralanıb.