Yerli Fələstin mənbələri işğalçı rejim əsgərlərinin Tulkərm bölgəsindəki (İordan çayının qərb sahilinin şimalı) "Nur Şəms" düşərgəsinə basqın edərək orada geniş dağıntılar törətdiyini bildirib.
Az.rasthaber.com xəbər verir ki, işğalçı rejim əsgərləri Tulkərmdəki Nur Şəms düşərgəsində partlayıcılardan istifadə edərək dağıntı əməliyyatlarını davam etdirir.
Eyni kontekstdə “Əl-Mənar” telekanalı da İordan çayının qərb sahilinin cənubundakı Əl-Xəlildə yerləşən Beyt Əmr qəsəbəsində fələstinlilərlə işğalçı qüvvələr arasında toqquşma baş verdiyini xəbər verib.
Sionist işğalçı qüvvələr həmçinin Cenin əyalətinin Əl-Ərqə kəndlərinin minlərlə hektarını müsadirə ediblər.
Sionist rejim hərbçiləri bu gün səhər saatlarında İordan çayının qərb sahilinin cənubunda yerləşən Əl-Xəlil şəhərində şəhid Məhəmməd Məsk və fələstinli əsir Əhməd Əl-Heymuninin evini də partladıblar.