Bu barədə Kremldən məlumat verilib.
Rasthaber Azərbaycan xəbər verir ki, Rusiya və Türkiyə prezidentləri arasında telefon danışığı baş tutub.
Bu barədə Kremldən məlumat verilib.
Vladimir Putin və Rəcəb Tayyib Ərdoğan Qarabağ, həmçinin Suriya münaqişəsini də müzakirə ediblər.
Bundan başqa, Liviyadakı vəziyyətin normallaşdırılması mövzusuna da toxunulub.
“Rusiya və Türkiyə xarici işlər və müdafiə nazirlikləri, həmçinin iki ölkənin xüsusi xidmət orqanları arasında koordinasiyanın davam etdirilməsi razılaşdırılıb”, – deyə qeyd edilib.
Xatırladaq ki, iki lider sonuncu dəfə 14 oktyabrda danışıblar. O zaman da onlar Qarabağ münaqişəsini müzakirə etmişdilər.