Putin və Ərdoğan Qarabağdan danışıblar - TƏFƏRRÜAT

Putin və Ərdoğan Qarabağdan danışıblar - TƏFƏRRÜAT

Bu barədə diplomatik mənbədən məlumat verilib.

Rasthaber Azərbaycan “CNN Turk”-a istinadən xəbər verir ki, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan rusiyalı həmkarı Vladimir Putinlə keçirdiyi telefon danışıqları zamanı Qarabağ probleminin həlli üçün işçi qrupun yaradılmasını təklif edib.

Bu barədə diplomatik mənbədən məlumat verilib.

Xatırladaq ki, Ərdoğan və Putin şənbə günü Qarabağdakı vəziyyəti müzakirə ediblər. Kremldən qeyd edilib ki, tərəflər bu regionda münaqişənin dinc həllinə nail olmaq üçün qarşılıqlı hərəkətə hazır olduqlarını təsdiq ediblər.

Bildirilir ki, Putin türkiyəli həmkarının təklifini müsbət qarşılayıb, artıq yaxın günlərdə Qarabağ böhranı ilə bağlı danışıqlar ikitərəfli formata keçə bilər və bu, ATƏT-in Minsk qrupunun işindən asılı olmayaraq fəaliyyət göstərəcək.

Yeni qrup sülhdən sonrakı dövr tədbirləri və siyasi yolunaqoyma prosesinin aparılması üçün fəaliyyət göstərəcək.

Ərdoğan və Putinin danışıqlarından sonra iki ölkə XİN başçıları da telefon danışıqları keçiriblər.

Telekanal iddia edir ki, Putin bu təklifi müsbət qarşılayıb və yaxın günlərdə Qarabağ üzrə danışıqlar ikitərəfli formata keçə bilər. Bu format ATƏT-in Minsk qrupundan kənar fəaliyyət göstərəcək.

Mənbə Şuşa zəfərindən sonra Azərbaycanın irəliləməni dayandıracağını və müzakirə masasını yoxlayacağını bildirib. Qeyd olunur ki, Ermənistan tərəfinin 7 rayondan çıxacağı Rusiya tərəfindən dilə gətirilib.

Nəşr qeyd edir ki, Türkiyə və Rusiya liderlərinin telefon danışığından sonra dərhal hər iki ölkənin xarici işlər nazirləri arasında da telefon danışığı baş tutub.

"CNN Türk"ə danışan Azərbaycandan olan mənbələr isə artıq köhnə təkliflərin əvəzinə masada yeni təkliflərin olmalı olduğunu vurğulayıb. Onlar iki məsələni xüsusi ilə vurğulayıb. Birincisi, Azərbaycanın ərazi bütövlüyünün toxunulmazlığı. İkincisi isə masada danışılacaq tək şey öncədən orada yaşayan ermənilərin hansı statusla qalmasıdır.

Mənbələr "ermənilər orada Azərbaycan vətəndaşları kimi yaşayacaqlar, bir mədəni muxtariyyət kimi də ola bilər", - deyə qeyd ediblər.

Xəbəri paylaş

VİDEOLAR