"Polşaya düşən raketin 100% Rusiyaya məxsus olduğuna əmin deyilik"

Ukrayna prezidenti Vladimir Zelenski Polşaya raket düşməsi hadisə ilə bağlı yeni açıqlama verib.

Az.rasthaber.com “Bloomberg”-ə istinadən xəbər verir ki, bu dəfə o deyib ki, Polşaya düşən raketin 100% Rusiyaya məxsus olduğuna əmin deyil.

“Mən bilmirəm ki, bu dəfə nə baş verib, biz 100% bilmirik”, – deyə o qeyd edib.

Zelenskinin sözlərinə görə, araşdırma başa çatmayınca raketin mənşəyi barədə danışmaq olmaz.

Xatırladaq ki, daha öncə Ukrayna prezidenti bildirmişdi ki, Polşa ərazisinə raketin düşməsi məsələsində rəsmi Kiyevin əli yoxur.

“Mən şübhə etmirəm ki, o, bizim raketimiz və ya bizim raket zərbəmiz olmayıb”, – deyə Zelenski demişdi.

16 noyabrda Polşa prezidenti Andjey Duda həmin raketin Ukrayna HHM qüvvələrinə məxsus olmasına dair böyük ehtimalın olduğunu vurğulayıb.

Bayden isə bildirib ki, Zelenskinin həmin raketin Ukraynaya məxsus olmamasına dair sözlərini sübut hesab etmir.

Xəbəri paylaş

VİDEOLAR