Təslim olan terrorçuların sayı 77-yə yüksəlib.
Rastahber Azərbaycan xəbər verir ki, Türkiyə Daxili İşlər Nazirliyi tərəfindən aparılan təlqin səyləri nəticəsində bölücü terror təşkilatı PKK-dan qaçan daha 3 terrorçu təslim olub.
Beləliklə, cari ildə sadəcə təlqin edilərək təslim olan terrorçuların sayı 77-yə yüksəlib.
Təslim olan 3 terrorçunun 2010 və 2015-ci illərdə terror təşkilatına qoşulduqları və ən son İraq və Suriyada fəaliyyət göstərdikləri müəyyən edilib.