Pezeşkian və İbrahim Qəzza məsələsi müzakirə etdilər

Pezeşkian və İbrahim Qəzza məsələsi müzakirə etdilər

İran prezidenti və Malayziya Baş nazirinin telefon danışığı zamanı sionist rejimin cinayətlərinə qarşı mübarizəni müzakirə ediblər.

Az.rasthaber.com ParsToday-a istinadən xəbər verir ki, onlar ikitərəfli əlaqələrin son durumuna nəzər salıb, Qərbi Asiyadakı cari hadisələri araşdırıblar. Onlar bəzi Qərb ölkələrinin sionist rejimi himayə etmələrinin Qəzzə zolağında cinayətlərin davam etməsinə səbəb olduğunu bildiriblər.

İran İslam Respublikasının prezidenti Məsud Pezeşkiyan və Malayziyanın Baş naziri Ənvər İbrahim ABŞ-ın və bəzi Qərb ölkələrinin Qəzzə zolağında Fələstin xalqı qarşısındakı siyasətləri və hərəkətlərini tənqid ediblər.

Vurğulanıb ki, bəzi ölkələrin sionist rejimə media və silah dəstəyi vermələri Qəzzədə atəşkəsin bərqərarı üzrə səyə və insan hüquqlarını müdafiə iddiasına ziddir.

İran İslam Respublikasının prezidenti və Malayziyanın baş naziri həmçinin Qəzzə zolağında soyqırım və qırğının dayandırılması və sionist rejimin cinayətlərilə mübarizə üçün islami ölkələrin ahəngdar hərəkəti və birliyinə təkid ediblər. Bildiriblər ki, İslam Əməkdaşlığı Təşkilatına üzv ölkələrin sammitinin keçirilməsi bu istiqamətdə atılan təsirli addımdır.

Xəbəri paylaş

VİDEOLAR