"Qonşularımızla münasibətlərimizi gücləndirmək siyasətimizdə yer alır".
Az.rasthaber.com IRNA-ya istinadən xəbər verir ki, bunu İran prezidenti Məsud Pezeşkian deyb.
Pezeşkian deyib ki, 15-16-ya yaxın olan bu qonşu ölkələrlə sıx və düzgün əlaqələr qurulsa, ABŞ sanksiyaları İrana heç nə edə bilməz, "bu mübadilələr və birgə investisiyalarla bölgədəki bütün problemləri həll edə bilərik”.
"Avropalılar bir-birilərinin üzünə sərhədləri açdılar, vahid valyuta yaratdılar, biz müsəlmanlar isə aramıza divar çəkirik", - o deyib və əlavə edib ki, "Allahın Rəsulu (s) Məkkəni fəth etdikdən sonra buyurdu ki, sizin hamınız bir-birinizlə qardaşsınız. Hamınız bir əlsiniz. Əgər qardaşıqsa, niyə qardaşlıq etmirik?!"
İran prezidenti qeyd edib ki, diplomatlar, təcrübəsi, biliyi olanlar yol göstərməlidir, biz müsəlmanlar qardaşıq və qardaşlar arasında sülh yaranmalıdır.