Paşinyan qərargah rəisini vəzifəsindən azad etdi - SƏBƏB

Paşinyan qərargah rəisini vəzifəsindən azad etdi - SƏBƏB

Ermənistanın Baş naziri Nikol Paşinyan onun istefasını tələb edən ölkənin Silahlı Qüvvələrinin Baş Qərargah rəisi general-polkovnik Onik Qasparyanı vəzifəsindən azad edib.

Baş Qərargah rəisi Onik Qasparyan, onun müavinləri, şöbə müdirləri və bütün böyük hərbi birləşmələrin komandirləri tərəfindən bu barədə bəyanat imzalanıb.

Bəyanatda qeyd olunub ki, Baş nazir və onun hökuməti indiki çətin məqamda uyğun qərarlar qəbul etmək iqtidarında deyil.

Baş naziri Nikol Paşinyan ölkənin Baş Qərargahının bəyanatını hərbi çevrilişə cəhd adlandırıb və tərəfdarlarını meydana çıxmağa çağırıb.

Paşinyan onun istefasını tələb edən ölkənin Silahlı Qüvvələrinin Baş Qərargah rəisi general-polkovnik Onik Qasparyanı da vəzifəsindən azad edib.

Xəbəri paylaş

VİDEOLAR