Pakistanda içərisində şagirdlərin olduğu avtobus silahlı hücuma məruz qalıb.
Az.rasthaber.com xəbər verir ki, hadisə ölkənin Pəncab əyalətində baş verib.
Hadisənin şəxsi zəmində törədildiyi qeyd edilib. Belə ki, hücum edən şəxslərin məktəbli avtobusunun sürücüsünə qarşı düşmənliyi olub.
Nəticədə 2 uşaq həyatını itirib, 5 nəfər isə yaralanıb. Sürücü xəsarət alsa da, sağ qalıb.
Hazırda qaçan canilərin axtarış həyata keçirilir.