Pakistanın cənub-qərb hissəsində dəhşətli terror aktı törədilib.
Az.rasthaber.com xəbər verir ki, hadisə Pəncab və Bəlucistan əyalətlərini birləşdirən avromagistralda baş verib.
Belə ki, terrorçular yoldakı bir neçə nəqliyyat vasitəsini saxlayaraq içərisindəki insanları çölə çıxarıb. İnsanların milli mənsubiyyəti yoxlanıldıqdan sonra 19 pəncablı və 3 bəluc qətlə yetirilib, həmçnin 5 nəfər də yaralanıb.
Terror aktının arxasında hansı qruplaşmanın durduğu hələ bəlli deyil.