Pakistan istehsalı olan "Shaheen II" ballistik raketinin sınaq buraxılışı həyata keçirilib.
Az.rasthaber.com xəbər verir ki, bu barədə Pakistan Müdafiə Nazirliyindən məlumat verilib.
Bildirilib ki, taktiki-texniki göstəricilərin yoxlanılışı üçün keçirilən sınaq uğurlu olub.
Sözügedən ballistik raketin "yer-yer" tipli olduğu qeyd edilib.
Həmçinin əlavə edilib ki, sınaq zamanı raketin dəqiqliyinin və HHM sistemlərindən yayına bilmək potensialının yüksəldilməsi məqsədilə istifadə olunan fərqli-fərqli alt sistemlərin effektivliyi də dəyərləndirilib.