2021-ci ilin noyabr ayında Suriyada terrorçuların hücumları nəticəsində həyatını itirən Suriya hərbçilərinin sayı açıqlanıb.
Az.rasthaber.com REGNUM-a istinadən xəbər verir ki, bu barədə Suriyadakı Düşmən Tərəflərin Barışdırılması üzrə Rusiya Mərkəzinin rəis müavini kontr-admiral Vadim Kulit bildirib.
Qeyd edilib ki, 7 hərbi qulluqçu həyatını itirib, onların 6-sı snayper atəşi ilə qətlə yetirilib.
Bundan başqa, 24 suriyalı hərbçi də xəsarət alıb, onların da 14-ü snayper atəşi ilə yaralanıb.