“Nusra Cəbhəsi” terrorçuları zəhərli maddələrdən istifadə edərək İdlib əyalətində təxribat hazırlayırlar.
Az.rasthaber.com RT-a istinadən xəbər verir ki, bu barədə Suriyadakı Düşmən Tərəflərin Barışdırılması üzrə Rusiya Mərkəzindən (SDTBRM) məlumat verilib.
“SDTBRM-a məlumatlar daxil olub ki, “Nusra Cəbhəsi” terror qruplaşmasının üzvləri İdlib əyalətinin Sarmada şəhəri ərazisindəki yeraltı sığınacaqda zəhərli maddələr saxlayırlar”, - deyə qeyd edilib.
Bildirilib ki, terrorçular Suriya ordusunu dinc əhaliyə qarşı kimyəvi silahdan istifadə etməkdə ittiham etmək üçün təxribatlar təşkil etmək niyyətindədirlər.