Yəmən Ənsarullah Hərəkatı Qırmızı dənizdə Liberiya bayraqlı Chios Lion neft tankerinə pilotsuz dəniz vasitəsi ilə etdikləri son hücumun videosunu yayıb.
Az.rasthaber.com xəbər verir ki, Ənsarullah Hərəkatının Hərbi Sözçüsü Yəhya Seri açıqlamasında "BENTLEY I" və "CHIOS Lion" adlı gəmilərin Qırmızı dənizdə PUA və ballistik raketlərlə hədəf alındığını bildirib.
Seri, "İraq İslami Müqavimət" qruplaşması ilə birlikdə Aralıq dənizində "Olvia" adlı gəmini hədəf aldıqlarını bildirsə də, gəmilərin hansı ölkələrə aid olduğu barədə məlumat verməyib.
Hücumların şənbə günü İsrailin Qəzza zolağının cənubundakı Xan Yunis şəhərinə endirdiyi hava hücumuna cavab olaraq həyata keçirildiyi açıqlanıb.