"Ənsarullah" hərəkatının lideri Seyid Əbdülməlik Bədrəddin Husi Beynəlxalq Qüds günü münasibətilə çıxış edib
Rasthaber Azərbaycan eastnews.org-a istinadən verdiyi xəbərə görə, "Ənsarullah" hərəkatının lideri Seyid Əbdülməlik Bədrəddin Husi Beynəlxalq Qüds günü ilə bağlı çıxışında Fələstin xalqına kömək məqsədilə ABŞ və İsrail mallarına qarşı sanksiya tətbiq edilməsini təklif edib.
O qeyd edib ki, ABŞ və İsrail mallarını boykot etmək təsirli bir silahdır və hər ağıllı insan bunu etməlidir:
"Mübarək Ramazan ayının son cümə günü Beynəlxalq Qüds gününün keçirilməsi Qüdsün bütün müsəlmanların məsuliyyəti və fikri vəzifələrindən biri olduğunu göstərir. Sionistlər ciddi şəkildə İslam xalqının hərbi güc qazanmasına mane olmağa çalışırlar və bunu İrana, Yəmənə, Livan "Hizbullah"na və fələstinli mücahidlərə qarşı qəzəblərində görürük".