Ənsarullah İsrailin tanker gəmisini ələ keçirib

Ənsarullah İsrailin tanker gəmisini ələ keçirib

Yəmən Ənsarullah Hərəkatı Qırmızı dəniz sahillərində İsrailə məxsus tanker gəmisini ələ keçirib.

Az.rasthaber.com xəbər verir ki, Livanda yerləşən Əl Meyadin televiziyasının məlumatına görə, Yəmənin Ənsarullah Hərəkatı Qırmızı dəniz sahillərində İsrailə məxsus tanker gəmisini ələ keçirib.

Əl Meyadin kanalı atəşkəs başlamazdan bir neçə saat əvvəl İsrailə məxsus yük gəmisinin ötən cümə günü səhər saatlarında vurulduğunu açıqlayıb. Al Meyadeen xəbərlərini özəl mənbələrə əsaslanaraq bildirib ki, yük gəmisi Hind okeanının şimalında, Oman dənizində hədəfə alınıb.

Xəbərdə hücumdan sonra gəminin alovlandığı bildirilib.

Yəmən ordusunun dəniz qüvvələri bu yaxınlarda Qırmızı dənizdə sionist İsrailə məxsus yük gəmisini saxlayıb.

Xəbəri paylaş

VİDEOLAR