Yəmən Ənsarullah Hərəkatı Ədən körfəzində sionist İsrail gəmisini və İsrailin Eylat şəhərindəki hərbi məntəqələri hədəf aldıqlarını açıqlayıb.
Az.rasthaber.com xəbər verir ki, Yəmən Ənsarullah Hərəkatının Hərbi Sözçüsü Yəhya Seri televiziyada yayımlanan çıxışında Ədən körfəzində İsrailə məxsus MSC UNIFIC gəmisini çoxlu ballistik raket və pilotsuz təyyarələrlə hədəf aldıqlarını qeyd edib.
Seri, İsrailin cənubundakı Eylat şəhərinin Ummu Rəşraş bölgəsində işğalçı İsrailə aid bir çox hərbi hədəfə pilotsuz uçuş aparatları ilə hücum edildiyini və əməliyyatların uğurla yekunlaşdığını bildirib.
Seri, sözügedən hücumların “məzlum Fələstin xalqına dəstək və İsrailin dünən Xan Yunus şəhərinin Əl-Məvasi bölgəsində həyata keçirdiyi qırğına cavab olaraq” həyata keçirildiyini bildirib.