Liberiya bayrağı altında üzən qaniçən İsrail rejiminə neft daşıyan CHİOS LİON tankeri Qırmızı dənizdə husilərin hücumuna məruz qalıb.
Məlumatda hücumun pilotsuz dəniz aparatı vasitəsi ilə həyata keçirildiyi qeyd olunub.
Qırmızı dəniz və Ədən körfəzi Birgə Dəniz Məlumat Mərkəzi (JMIC) isə hadisədən sonra dəymiş ziyanın qiymətləndirildiyini və mümkün neft sızmasının araşdırıldığını, ekipajın sağ olduğunu bildirib.
ABŞ ordusunun Mərkəzi Komandanlığı (CENTCOM) da faktı təsdiq edib.