Myanmada ölənlərin sayı 751-ə çatdı

Myanmada ölənlərin sayı 751-ə çatdı

Myanmada hərbi çevrilişə və seçilmiş hökumət üzvlərinin həbs edilməsinə etiraz olaraq keçirilən nümayişlərdə təhlükəsizlik qüvvələrinin silahlı müdaxiləsi nəticəsində ölənlərin sayı 751-ə çatıb

Rasthaber trthaber-ə istinadən xəbər verir ki, siyasi Məhbuslara Yardım Təşkilatının (AAPP) yayımladığı gündəlik hesabata görə, son 24 saat ərzində ölkədə daha 6 nəfər həlak olub. 

Ümumi can itkisinin 751 olduğu, 3 min 431 nəfərin nəzarətə alındığı qeyd edilib.

1159 nəfər barəsində həbs qətimkan tədbirinin hələ də davam etdiyi bildirilib.

Digər tərəfdən, hərbi çevrilişə qarşı nümayişləri dəstəkləyən Myanma yazıçısı və jurnalist Tu Tu Thanın həbs edildiyi öyrənilib.

"Myanmar Now" saytına açıqlama verən ailə üzvləri Thanın 18 yaşındakı oğlu ilə birlikdə 24 apreldə gecə yarısı Yangonun Thanlyin bölgəsindəki evində saxlanıldığını bildiriblər.

Yaxınları Thanın harada saxlanıldığını bilmədiklərini açıqlayıblar.

Xəbəri paylaş

VİDEOLAR