Rəsmi Dəməşqin uğurları və xalqın qələbəsi Suriyaya qarşı bütün düşmən planlarını sarsıdıb.
Az.rasthaber.com SANA-ya istinadən xəbər verirki, bu barədə Suriyanın XİN başçısı Feysal Miqdad bəyan edib.
“Görüşdüyüm bütün xarici işlər nazirləri və rəsmi şəxslər Suriyanın regiondakı rolununun əhəmiyyətini və onun bu rolun icrasına geri qayıtmasının vacibliyini qeyd ediblər... Suriya onun sabitlik, birlik və ərazi bütövlüyünə qarşı yönəlmiş sxemlərlə mübarizədə dünyaya dərslər verdi”, - deyə suriyalı nazir bildirib.
O əlavə edib ki, beynəlxalq ictimaiyyətin terrorçuluq nəticəsində məhv edilmiş şeylərin bərpası prosesində Suriyaya yardım göstərmək məsələsində öz rolunu oynayacağına ümid edir.
“Lakin bizim həqiqi gücümüz bizim iradəmiz və qətiyyətimizdədir və Suriya öz baxışlarını onların üzərində qurur - təslim olmamaq və ona qarşı planlaşdırılan hər bir şeylə mübarizə aparmaq”, - deyə o qeyd edib.