İran İslam Respublikası Hərbi Dəniz Qüvvələrinin güclü transsərhəd mövcudluğu İbrani mediasında xüsusi rezonans doğurub.
İslamazeri.com xəbər verir ki, “Maariv” qəzeti bazar ertəsi sayında yazıb:
“İsrail iki İran hərbi gəmisinin Avstraliyanın ərazi sularında və ya yaxınlığında olmasından dərin narahatdır.
İranın qüdrətini dünyaya, xüsusən də Amerika və İsrailə göstərmək istəyən iki İran gəmisi öz ölkəsinin sahillərindən böyük məsafələrdə İranın dəniz imkanlarını sınaqdan keçirir.
İran ABŞ-ın keçmiş prezidenti Donald Trampın tətbiq etdiyi sanksiyalardan qorxmur".