LUKOIL Azərbaycanda 2 layihə ilə maraqlanır

LUKOIL Azərbaycanda 2 layihə ilə maraqlanır

Bu barədə şirkətin prezidenti Vahid Ələkbərov məlumat verib

Rasthaber Azərbaycan "İnterfaks"a istinadən xəbər verir ki, Rusiyanın “LUKOIL” neft şirkəti 2020-ci ilin birinci rübündə Azərbaycanla yeni layihələrin həyata keçirilməsi ilə bağlı danışıqları başa çatdırmağı planlaşdırır. Bu barədə şirkətin prezidenti Vahid Ələkbərov məlumat verib.

“Hazırda Azərbaycanda danışıqlar prosesi davam edir və onu 2020-ci ilin birinci rübündə başa çatdırmağa ümid edirik. Biz iki layihə ilə maraqlanırıq, amma onların adını çəkməyəcəm, bu layihələrlə bağlı hələ müqavilələr imzalanmayıb”, - deyə o, “Kommersant” qəzetinə müsahibəsində bildirib.

Şirkətin prezidenti əlavə edib ki, “LUKOIL” ilk xarici layihələrini Qazaxıstanda və Azərbaycanda həyata keçirdiyi üçün bu ərazilər ona yaxşı tanışdır.

Daha əvvəl V.Ələkbərov bildirmişdi ki, şirkət Xəzərin Azərbaycan sektorunda reallaşdırılan “Abşeron” layihəsində 20% pay əldə etmək istəyir.

Xəbəri paylaş

VİDEOLAR