Livandan İsrailə yenə raket atıldı

Livandan İsrailə yenə raket atıldı

İsrail ordusu, Livandan ölkənin şimalına 6 raket atıldığını, buna dərhal cavab verilərək raketlərin buraxıldığı bölgənin mərmi atəşinə tutulduğunu bildirib

İsrail ordusundan yayılan açıqlamada Livanın raket hüacumlarına toxunulub. Qeyd edilib ki, ölkənin şimalında Livan sərhədində yerləşən Misqav bölgəsində raket hücumlarına dair həyəcan sirenləri səsləndirilib.

Rasthaber Azərbaycan xəbər verir ki, raketlərin İsrail tərəfinin dəfələrlə PUA və vertolyotlarla Livan hava sahəsini pozmasına, ara-sıra sərhəddə livanlılara atəş açmasına və ən əsası da Qəzzada qadın, uşaq qətliamına cavab olaraq atılma ehtimalı böyükdür.

Digər tərəfdən İsrail ordusunun top atəşi ilə raketlərin atıldığı bölgəni vurduğu qeyd edilib.

Birləşmiş Millətlər Təşkilatının Livandakı Müvəqqəti İş Qüvvəsi (UNIFIL), raket hücumlarından sonra Livan-İsrail sərhədində patrulların artırıldığını açıqlayıb.

Xatırladaq ki, Mayın 13-də Livandan İsrailin şimalına üç raket atılmışdı. Hücum nəticəsində insan tələfatı qeydə alınmamışdı.

Xəbəri paylaş

VİDEOLAR