Livan parlamenti altıncı dəfə ölkə prezidentini seçə bilməyib

Livan parlamenti altıncı dəfə ölkə prezidentini seçə bilməyib

Livan parlamenti altıncı dəfə ölkə prezidentini seçə bilməyib. Parlamentin spikeri Nəbih Birri gələn cümə axşamı yeddinci sessiyanın tarixini təyin edib.

Az.rasthaber.com xəbər verir ki, Livan prezidentinin seçilməsi üzrə sessiya bu gün ölkə Parlamentində, kvorum tamamlandıqdan sonra, plenar zalda 112 deputatın iştirakı ilə günorta saatlarında başlayıb.

Səsvermənin nəticəsi belə açıqlanıb: Boş bülleten 46, siyasətçi Mişel Moavvad 43, Yeni Livan 9, İssam Xəlifə 7, Ziad Baroud 3, Süleyman Franca 1, Mişel Daher 1 və etibarsız kağız 2.

Nəbih Birri yetərli səs əldə edlmədiyindən respublika prezidentini seçmək üçün altıncı sessiyanı təxirə salıb və yeddinci iclası gələn cümə axşamına təyin edib.

Xəbəri paylaş

VİDEOLAR