Livan Parlamenti 10-cu cəhdində də ölkə prezidentini seçə bilməyib

Livan Parlamenti 10-cu cəhdində də ölkə prezidentini seçə bilməyib

Livan Parlamenti ölkə prezidentinin seçilməsi məqsədilə keçirdiyi 10-cu səsvermədə də müvəffəq olmayıb.

Az.rasthaber.com SalamNews-a istinadən xəbər verir ki, bu gün ölkə parlamentində keçirilən səsvermədə deputatlardan 38-i siyasətçi Mişel Muavvada, səkkizi İsam Xəlifəyə, ikisi Salah Ceninə və ikisi Ziyad Baruda səs veriblər.

Bu səsvermədə 19 bülletenin nəticələri ləğv edilib və 37 bülleten boş buraxılıb. Bununla da onuncu dəfədir kvorum sayı kafi olmadığından Livan Parlamentinin sözügedən səsverməsi nəticəsiz qalıb.

Gələn səsvermənin zamanı açıqlanmayıb.

Qeyd edək ki, Livan prezidenti Mişel Ounun səlahiyyət müddəti bir neçə aydır bitib. Livanda siyasi cinahları təmsil edən parlament nümayəndələri seçkilər yolu ilə yeni prezidentin kimliyini müəyyənləşdirə bilmirlər. Bu da ölkədə yeni hökumətin formalaşmasını təxirə salır və siyasi böhranı artırır.

Xəbəri paylaş

VİDEOLAR