Sionist rejim müxalifətinin rəhbəri deyib: Bu rejimin baş naziri Benyamin Netanyahu məğlub bir şəxsdir və yalnız şəxsi işlərini düşünür.
Az.rasthaber.com xəbər verir ki, sionist rejim müxalifətinin başçısı Yair Lapid bu rejimin Qəzza zolağına qarşı 9 aylıq müharibədən sonra yaranmış xaotik vəziyyətə toxunaraq dedi: Bizim hərbi və siyasi qüvvələrimiz arasında uçurum var və hətta daxili gücümüz qırılıb.
O, vurğuladı: İsrailin (sionist rejim) baş naziri Benyamin Netanyahu həqiqəti bilir və ondan qorxur. Bu səbəbdən də, (7 oktyabr 2023-cü ildə Fələstin müqaviməti qarşısında Təl-Əvivin məğlubiyyəti haqqında) rəsmi istintaq komitəsinin yaradılmasına mane olur.