Kürdəmirin sabiq icra başçısının müsadirə edilən əmlaklarının SİYAHISI

Kürdəmirin sabiq icra başçısının müsadirə edilən əmlaklarının SİYAHISI

Kürdəmir Rayon İcra Hakimiyyətinin həbsdə olan sabiq başçısı Ceyhun Cəfərov, onun birinci müavini olmuş Tacəddin Novruzov və İcra Hakimiyyəti Başçısı Aparatının Ərazi idarəetmə və yerli özünü idarəetmə orqanları ilə iş şöbəsinin müdiri olmuş Natiq Kərimovun müsadirə edilən əmlaklarının siyahısı məlum olub.

Az.rasthaber.com xəbər verir ki, Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hökmünə əsasən, həmin şəxslərin bir neçə əmlakı xüsusi müsadirə edilərək məcburi qaydada və əvəssiz olaraq dövlət nəfinə alınıb.

Müsadirə edilən əmlakların siyahısını təqdim edirik:

Ceyhun Cəfərov (həbsdə olan sabiq icra başçısı)

Bakı şəhəri, Xəzər rayonu, Türkan qəsəbəsi, Rabitə Nazirliyinin Poçt Daşıma Mərkəzinin bağçılıq yoldaşlığın I sektor 02 saylı bağ sahəsində yerləşən 0,0370 ha torpaq sahəsi

Şüvəlan qəsəbəsində yerləşən 0,12 ha həyətyanı torpaq sahəsi

Tacəddin Novruzov

Kürdəmir rayonu, Atakişili kəndində yerləşən fərdi yaşayış evi

Xəbəri paylaş

VİDEOLAR