Koronavirus ABŞ-ın zalım sanksiyaları həqiqətini dünyaya göstərdi - Zərif

Koronavirus ABŞ-ın zalım sanksiyaları həqiqətini dünyaya göstərdi - Zərif

İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif dünən axşam qədim novruz bayramı ərəfəsində İran xalqına və novruzu qeyd edən bütün kəslərə video-müraciət edib

Rasthaber Azərbaycan İran mediasına istinadən xəbər verir ki, İranın xarici işlər naziri vurğulayıb ki, koronavirus ABŞ-ın zalım sanksiyaları həqiqətini dünya xalqlarına aşkar etdi.

"İranlıların sağlamlığının sanksiya edilməsi elə əvvəldən Amerikanın sanksiya və iqtisadi terrorizminin mərkəzi özəyində yerləşirdi.", - deyə Zərif qeyd edib.

İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif dünən axşam qədim novruz bayramı ərəfəsində İran xalqına və novruzu qeyd edən bütün kəslərə video-müraciətdə deyib: "Bir xalqın dərman, qida və digər humanitar vəsaitlərə əlçatma haqqı əlindən alınarkən o, digər xalqlarla müqayisədə qeyri-bərabər və kövrək bir mövqedə durmuış olur."

Zərif bildirib ki, sanksiyalarla mübarizə üçün "özünüsanksiya"nın müxtəlif formaları ilə vidalaşmaq və diplomatiyanın yeni dövrünə daxil olmaq lazımdır.

"İran xalqının elə bu qısa müddət ərzində koronavirusa qarşı mübarizəsi xaric və daxildə yaşayan iranlılar arasındakı sərhədi aradan götürüb. Vətənpərvər iranlılar koronavirus təhlükəsini müşahidə edərək, sərhədləri aradan götürüb, öz xalqının sağlamlığı və həyatını bir prioritet kimi seçib. ", -deyə İran XİN başçısı əlavə edib.

İran XİN başçısı sonra deyib: "Amerika sanksiyaların dərinliyi və qatlarını ardıcıl surətdə artırmaq yolu ilə sonda İranı təhdidlər və əzablardan ibarət bir okeanda hasarlanmış bir adaya çevirməyə çalışır. İran yenə gələcək, ayağa qalxacaq və bir daha sanksiya məhbəsinin qıfılını sındıracaqdır."

Xəbəri paylaş

VİDEOLAR