Kənanidən ABŞ-ın iddialarına CAVAB

Kənanidən ABŞ-ın iddialarına CAVAB

"ABŞ-ın İranı ittiham etməsi onun Yəmənə qarşı işğalçılıq siyasətinə uyğundur"

Az.rasthaber.com xəbər verir ki, bunu İran Xarici İşlər Nazirliyinin sözçüsü ABŞ Hərbi Dəniz Qüvvələrinin 5-ci donanmasının İran əleyhinə iddiası ilə bağlı açıqlamasında bildirib.

Kənani ABŞ Hərbi Dəniz Qüvvələrinin 5-ci Donanmasının Oman körfəzində və İrandan Yəmənə gedən dəniz yolunda 50 tondan çox sursat və raket yanacağı olan balıqçı gəmisini ələ keçirdiyi iddiası ilə bağlı sualı belə cavablandırıb:

"Əsassız iddiaların təkrarlanması sırf siyasi istismar üçündür və Amerikanın davranışı Yəmənə qarşı təcavüzün səbəbidir".

Nasir Kənani ABŞ-ın bu davranışının Yəməndə ən iyrənc davranışa səbəb olduğunu, İranın Yəmənə qarşı siyasətinin sülh və sabitlik olduğunu, heç kimin müdaxiləsi olmadan yalnız Yəmən xalqının Yəmənin gələcəyinə qərar verə biləcəyini bildirib.

Xəbəri paylaş

VİDEOLAR