Kəlbəcərdə “Tunel qırğını” şəhidlərinin xatirəsi yad edilib

Kəlbəcərdə “Tunel qırğını” şəhidlərinin xatirəsi yad edilib

Kəlbəcər rayonunun Ermənistan Silahlı Qüvvələri tərəfindən işğalı zamanı Kəlbəcər-Laçın tunelində qətlə yetirilən soydaşlarımızın xatirəsi hadisə yerində anılıb.

Az.rasthaber.com xəbər verir ki, bu məqsədlə hadisə şahidlərinin, öldürülən şəxslərin yaxınlarının Kəlbəcər rayonuna səfəri təşkil edilib.

Faciə zamanı sağ qalan şəxslər qətliam törədilən əraziyə gül dəstələri düzüb.

Qeyd edək ki, Kəlbəcər-Laçın tunelində qırğın Kəlbəcərin 36 kəndini birləşdirən yeganə avtomobil yolunu ələ keçirmək, Kəlbəcəri mühasirədə saxlamaq məqsədilə törədilib. Qadın, yaşlı, uşaq da daxil olmaqla ümumilikdə 52 nəfər qətlə yetirilib, 64 nəfər əsir götürülüb.

Əsir götürülən şəxslərdən sadəcə bir nəfər - Quliyev İslam Məmməd oğlunun qəbrinin yeri müəyyən edilib.

Xəbəri paylaş

VİDEOLAR