Karaduman: Ordu Fələstinə!

Karaduman: Ordu Fələstinə!

Türkiyənin Səadət Partiyasının Konya millət vəkili Abdulkadir Karaduman Ərbakanın tarixi qərarından yazıb

Rasthaber Azərbaycan xəbər verir ki, Türkiyənin Səadət Partiyasının Konya millət vəkili Abdulkadir Karaduman sionist İsrailin Fələstindəki işğal və zülmünə qarşı Milli Görüş Lideri professor Nəcməddin Ərbəkanın 54-cü hökümətin baş naziri olaraq aldığı qərarı gündəmə gətirib.
Twitter səhifəsindən "Ordu Fələstinə!" paylaşımı edərək "1997-ci il. Baş Nazir Ərbakanın imzası ilə Fələstinə hərbiçilər göndərildi. Dövlət necə idarə edilir öyrənin. İqtidarın vəzifəsi Fələstin və Əqsa Məscidində baş verənlərin üzərindən ucuz qınama mesajları və şüar atmaq deyil, ləyaqətli bir mövqe göstərməkdir. ORDU FƏLƏSTİNƏ!"

Xəbəri paylaş

VİDEOLAR