Türkiyənin İzmir şəhərində baş vermiş zəlzələ nəticəsində həyatını itirənlərin sayı 100-ü keçib.
Rasthaber xəbər verir ki, bu barədə Türkiyənin Fövqəladə Hal və Təbii Fəlakət Agentliyi (AFAD) məlumat verib.
“Ən son məlumatlara görə, yeraltı təkanlar nəticəsində 102 nəfər dünyasını dəyişib, 1026 nəfər xəsarət alıb”, – deyə qeyd edilib.
Hazırda 143 nəfəri xəstəxanalardan müalicə aldığı əlavə edilib.
Xatırladaq ki, 30 oktyabrda İzmir sahillərində 6,6 bal gücündə dağıntılara səbəb olan zəlzələ baş verib.