İstanbulda İsrailin hücumlarına böyük etiraz - VİDEO

İstanbulda İsrailin hücumlarına böyük etiraz - VİDEO

İstanbulda gecə saatlarında İsrailin hücumlarına böyük etiraz aksiyası keçirilib

İstanbulda gecə saatlarında İsrailin Qüds və Qəzzadakı hücumlarına etiraz əlaməti olaraq İsrailin konsulluğu qarşısında böyük mitinq keçirilib.

Rasthaber xəbər verir ki, aksiya "Anadolu Gənclik Dərnəyi" təşkilatı tərəfindən təşkil edilib.

Aksiyada "İsrail Fələstindən rədd ol!", "İstanbuldan Qəzzaya min salam" və s. şüarlar səsləndirilib.

"Anadolu Gənclik Dərnəyi"nin sədri Salih Turhan mitinqdə çıxış edərək "Qüds müsəlmanların qırmızı xəttidir", -deyərək İsrailin Mübarək Ramazan ayında fələstinlilərə, məscidə hücum etməsini, Qəzzanı bombalamasını böyük vəhşilik adlandırıb.

 

 

Xəbəri paylaş

VİDEOLAR