İsrailli nazirdən qan donduran təklif: Fələstinlilər edam edilsin

İsrailli nazirdən qan donduran təklif: Fələstinlilər edam edilsin

Sionist rejimin milli təhlükəsizlik naziri, ifrat sağçı İtamar Ben-Qvir iddia edib ki, İsrail həbsxanalarında izdihamın aradan qaldırılması üçün “doğru həll” özünün “terrorçu” olaraq təyin etdiyi fələstinli məhbuslara edam cəzasının verilməsidir.

Az.rasthaber.com xəbər verir ki, ifrat sağçı Yəhudi Gücü partiyasının lideri Ben-Qvir deyib:

"İsrail hökumətinin fələstinli məhbuslar üçün 936 əlavə həbsxana tikmək təklifini qəbul etməsinə sevindim", - "Əlavə tikinti daha çox terrorçunun həbsxanaya daxil olmasına imkan verəcək və həbsxanadakı saxlanma böhranının qismən həllini təmin edəcək".

Ben-Qvir qeyd edib ki, “fələstinlilərə qarşı ölüm hökmü həbsxanaların sıxlığı probleminin düzgün həllidir”.

Xəbəri paylaş

VİDEOLAR