Sionistlərin davamlı qətllərinə cavab olaraq Qəzzada Fələstin Nüqaviməti işğalçı İsrail qüvvələrinə qarşı əməliyyatlarını davam etdirir və düşmən sıralarına ağır itkilər verir.
Az.rasthaber.com xəbər verir ki, Qəzzada yaşayış məntəqələrinə qaniçən İsrail rejimi tərəfindən hücumlar edildiyi bir zamanda, Fələstin Müqaviməti hələ də işğalçılar üçün sürprizlərlə doludur. Əl-Əqsa tufanı əməliyyatından 10 aydan çox keçməsinə baxmayaraq, Müqavimət Cəbhəsi işğalçı sionist rejimə qarşı əməliyyatlarını davam etdirir və işğalçıların avtomobilləri və hərbi təchizatlarını hədəfə alır.
Əl-Məyadinin xəbərinə görə, HƏMAS hərəkatının hərbi qanadı olan Əl-Qəssam Briqadaları Rəfah şəhərinin şərqindəki əl-Məşiq kəsişməsi yaxınlığında işğalçıların Merkava tankının "Yasin 105" mərmisi ilə hədəfə alındığını açıqlayıb.
Bu arada, Fələstinin Demokratik Qurtuluş Cəbhəsinin hərbi qanadı olan Şəhid Ömər əl-Qasim qüvvələri Rəfah quru keçidi yaxınlığında sionist rejimin işğalçı qüvvələrini minaatan mərmiləri ilə hədəfə alıblar.