İsrail və BƏƏ arasında vizasız rejimə start verir

İsrail və BƏƏ arasında vizasız rejimə start verir

Müvafiq razılıq 20 oktyabrda imzalanacaq.

Rasthaber Azərbaycan İsrail mediasına istinadən xəbər verir ki, İsrail və BƏƏ münasibətlərin normallaşmasının fonunda, iki ölkə arasında tezliklə vizasız rejim tətbiq ediləcək.

Müvafiq razılıq 20 oktyabrda imzalanacaq.

Beləliklə də, BƏƏ İsrail vətəndaşları üçün viza rejimini ləğv etmiş ilk ərəb ölkəsi olacaq.

Sazişin bağlanma mərasimi Tel-Əviv şəhərindəki Ben-Qurion hava limanında baş tutacaq. Orada İsrail Baş naziri Benyamin Netanyahu, ABŞ maliyyə naziri Stiven Mnuçin və BƏƏ maliyyə naziri Ubeydə bin Həmidə ət-Tayra iştirak edəcəklər.

Viza razılaşması ilə yanaşı BƏƏ nümayəndə heyəti ticari əməliyyatların sadələşdirilməsi mövzusunu da müzakirə edəcək.

Xatırladaq ki, iki ölkə arasında münasibətlərin normallaşdırılması sazişi 15 sentyabrda Ağ Evdə imzalanıb.

Xəbəri paylaş

VİDEOLAR