İsrail Şeyx Bakiratı xütbələrinə görə tutdu

İsrail Şeyx Bakiratı xütbələrinə görə tutdu

Qüdsdəki İslam Vəqflərinin İşləri İdarəsinin direktor müavini şeyx Naceh Bakiratın İsrail rejimi tərəfindən tutulmasından artıq bir neçə gün keçir.

Az.rasthaber.com “palinfo”-ya istinadən xəbər verir ki, onun oğlu Malik Bakirat bildirib ki, rejim bir neçə dindirmədən sonra Şeyxin saxlanılma müddətini daha da uzadıb. Qeyd edilib ki, Şeyx əl-Əqsadakı dini fəaliyyəti ilə sorğu-sual edilir.

Malik deyib ki, atasını İsrail rejiminə qarşı xütbələr oxumaqda, Quran təlim etməkdə ittiham ediblər.

O hesab edir ki, İsrail rejimi Şeyxi azadlıqsevər insanların səslərinin boğmaq və Qüds sakinləri və əl-Əqsaya rahat hücumlar edə bilmək üçün həbs edib.

Malik müsəlmanları əl-Əqsa məscidini və onu müdafiə edənləri dəstəkləməyə səsləyib.

Şeyxin vəkili Xalik Zabarka bildirib ki, şeyx Bakirata qarşı heç bir tutarlı ittiham irəli sürülməyib. Vəkil bu həbsi özbaşınalıq və siyasi aksiya adlandırıb.

Sionistlər onu müharizələr və xütbələrinin məzmunu barədə, ictimai və dini tədbirlərdəki iştirakı haqda dindiriblər”, - deyə vəkil qeyd edib.

Xəbəri paylaş

VİDEOLAR