İsrail qüvvələri aksiyalar zamanı onlarla fələstinlini yaraladı

İsrail qüvvələri aksiyalar zamanı onlarla fələstinlini yaraladı

İsrail rejimi qüvvələri İordan çayının Qərb sahlində yerləşən Kafr-Qəddum qəsəbəsində etiraz aksiyası keçirən onlarla fələstinlini yaralayıb.

Az.rasthaber.com WAFA-ya istinadən xəbər verir ki, fələstinlilər qeyri-qanuni yəhudi yaşayış məntəqələrinin salınmasına qarşı etiraz aksiya keçirirdilər və Kəlkiliyidan şərqdə yerləşən və uzun illər öncə qapadılmış yolun açılmasını tələb edirdilər.

İsrail qüvvələri qəsəbəyə soxularaq insanlara atəş açıblar və zəhərli qazlı qumbaralardan istifadə ediblər. Nəticədə 6 fələstinli yaralanıb, onlarla aksiyas iştirakçısı isə qazdan xəsarət alıb.

Həmçinin Nablusdan şərqdə yerləşən Beyt-Dacən qəsəbəsindəki etiraz aksiyasına qarşı da güc tətbiq edilib. Burada da onlarla fələstinli xəsarət alıb.

Xəbəri paylaş

VİDEOLAR